“Derdim olsun” mahnısı ilə qısa müddətdə 240 milyona yaxın baxış toplayaraq populyarlaşan Reynmen (Yusuf Aktaş) çətin günlər keçirir.
“Qafqazinfo” xəbər verir ki, “İkinci sayfa” proqramının məlumatına əsasən, müğənninin özünə seçdiyi “Reynmen” ləqəbi başqası tərəfindən patentləşdirilib.
Belə ki, bu ləqəbi 2018-ci ildə Türkiyə Patent və Marka Qurumuna müraciət edən Ömer Duvaklı adlı şəxs özəlləşdirib. Dominos pizza
Yusuf Aktaş bu qərara etiraz etsə də, ərizəsi məhkəmə tərəfindən rədd edilib. Y.Aktaşın bu addan istifadə etməsinə qadağa qoyulub.
Baş verənlərdən sonra özünə yeni ləqəb seçməli olan Y.Aktaş “R-Reynmen” adını patentləşdirib.

Əsmətxanım
Telegram kanalımız