Reyslərin vaxtı uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Reyslərin vaxtı uzadıldı

Avto

29 May 2019 09:23 1119


Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Yeni Sabah"a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

"Final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb.  pizza

Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları cəlb edib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!