Rezidenturaya sənəd qəbulu sabah başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Rezidenturaya sənəd qəbulu sabah başa çatır

Sosial

20 Fevral 2019 21:44 784


2019/2020-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək.

“Yeni Sabah” xəbər verir ki, 2019-cu il 20 fevral saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiq edib. 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 21 fevral saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Toyuqlu pizza

Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!