Dünya şöhrətli ulduz Rihanna müsəlmanlardan üzr istəyib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna “'Savage x Fenty" adlı şəxsi markasının alt paltarı sərgisində içində hədis səsləndirilən musiqidən istifadə edib.
Bunun ardınca sərt tənqidlərə məruz qalan sənətçi müsəlmanlardan üzr istəyib. Bunun ehtiyatsızlıq ucbatından baş verdiyini bildirib: pizza sifarişi
“Şoumuzdakı qəsdən etmədiyimiz kobud bir səhvi bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Bu ehtiyatsız səhvə görə həqiqətən sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi başa düşürük və narahatıq. Allaha, yaxud hər hansı bir dinə hörmətsizlik etmirəm. Mahnının səsləndirilməsi sadəcə məsuliyyətsizliyin nəticəsi olub. Artıq belə bir şeyin təkrarlanmayacağından əmin ola bilərsiniz. Bağışladığınız və anlayışınız üçün təşəkkür edirik”.
Qeyd edək ki, sərgidə "CouCou Chloe"nin "Doom" mahnısı səsləndirilmişdi.
Telegram kanalımız