Robert Köçəryan rəsmi Bakını ittiham etdi:   “Sərhəddə problem yaradırlar”

saytların hazırlanması

Evə çatdırılma

Robert Köçəryan rəsmi Bakını ittiham etdi: “Sərhəddə problem yaradırlar”

Siyasət

25 May 2021 13:07 1319


“Ermənistan təzyiqlərə müqavimət göstərməlidir”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan bildirib.

O deyib: “Əvvəla, bu şəkildə davranacağınız təəssüratını buraxmamalısınız, siyasətinizlə, addımlarınızla, ifadələrinizlə belə bir təəssürat yaratsanız, davamlı olaraq oxşar problemlər yaşayacaqsınız”. pizza mizza

“Ermənistan” bloku liderlərinin mayın 25-də keçirdiyi mətbuat konfransında sərhəddə yaranmış gərginliyə toxunan Robert Koçaryanın sözlərinə görə, Ermənistan gələcəkdə də bu cür gərginlik ocaqları ilə üzləşəcək. “Ermənistan bu gün üzləşdiyi təzyiqlərə boyun əyməyəcəyini göstərməlidir. Bəli, ilk növbədə, problem danışıqlar yolu ilə həll edilməlidir, amma təkrar edirəm, bu məsələ Rusiya Federasiyasının vasitəçiliyi ilə indi həll olunarsa belə, sabah, yaxud birigün Bakı sərhədin başqa bir hissəsindəki oxşar problem yaradacaq. Vəziyyət belədir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!