Robin Li səhnədə hücuma məruz qaldı   - Başından butulka ilə su tökdülər

saytların hazırlanması

Evə çatdırılma

Robin Li səhnədə hücuma məruz qaldı - Başından butulka ilə su tökdülər

Rəqəmsal

03 İyul 2019 15:50 1345


“Google”-dan sonra dünyada ikinci ən böyük axtarış sistemi olan “Baidu.com”un yaradıcısı Robin Linin başından butulka ilə su töküblər.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, hadisə R.Linin süni intellektlə əlaqəli konfransda çıxışı zamanı baş verib.

Şirkət rəhbəri onu su ilə isladan izləyiciyə “Sənin problemin nədir?” deyərək reaksiya verdikdən sonra heç nə olmamış kimi çıxışına davam edib.

Baş vermiş boykotun səbəbi barədə məlumat verilməyib.

Robin Li hazırda Çinin ən varlı adamlarından biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!