Rolls-Royce qızıldan yeni Phantom maşınını təqdim etdi                                                                   

saytların hazırlanması

Evə çatdırılma

Rolls-Royce qızıldan yeni Phantom maşınını təqdim etdi                                                                   

Avto

30 Oktyabr 2024 12:31 5687


Rolls-Royce-un fərdiləşdirmə “Bespoke” bölməsi daha bir unikal və analoqu olmayan Rolls-Royce avtomobilini təqdim edib. 

Sözügedən uzun sedan müştərinin xüsusi sifarişi ilə son üç il ərzində ərsəyə gətirilib. Həmin avtomobil məşhur britaniyalı supercəsus Ceyms Bond barədə sayca üçüncü “Goldfinger” filminin 60 illik yubileyinə həsr olunub. Məhz buna görə filmin yubileyinə təsadüf edən tamamilə yeni və unikal avtomobil Phantom Goldfinger adını alıb. 

pizza hut

1964-cü ildə çəkilən “Goldfinger” filmin süjetinə görə Ceyms Bondun rəqibi qızıl qaçaqmalçılığı ilə məşğul olan milyoner və cinayətkar Aurik Qoldfinger olur.  O, qızıl əridərək ona məxsus  Phantom III Sedanca de Ville markalı avtomobilin detallarını hazır edir. Onun əsas məqsədi isə ABŞ-ın qızıl ehtiyatını məhv edərək, özünün şəxsi qızıl ehtiyatlarının qiymətini artırmaqdır. 

Müasir Phantom filmdə olan avtomobilin rəngini təkrarlayaraq qızılı-qara rəngini alıb. Avtomobilin məşhur  “Ekstaz ruhu” heykəlciliyi isə sanki qızıldan işlənilib. Əslində isə heykəlcik gümüşdən işlənilib və üstünə qeyri-bərabər olaraq 18 karat qızıl tətbiq edilib. 

Avtomobilin salonunda olan detalların əksər hissələri və detalları da qızıldan işlənilib. Belə ki, avtomobilin mərkəzi konsolunda istehsalçılar xüsusi gizli yer hazırlayıblar və avtomobilin həmin gizli hissəsində Phantom avtomobilin qızıldan miniatür forması saxlanılır. 

Qeyd edək ki, filmdə Ceyms Bond Qoldfinger ilə qolf oynayır və filmdə oyunu udan şəxs qızıl külçəni əldə edəcəkdir. Rolls-Royce dizaynerləri əlavə olaraq filmin həmin epizoduna həsr olaraq Phantom Goldfinger baqaj hissəsinə qızıldan qolf dəyənəyini yerləşdirməyə qərara alıblar. 

Nihad Haqverdiyev

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!