Roma Papası Putinlə görüşmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası Putinlə görüşmək istəyir

Dünya

03 May 2022 11:03 363


Roma Papası Fransisk Ukraynadakı vəziyyətə görə Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası Moskvaya getməyə hazır olduğunu bəyan edib.

Papa Ukraynadakı vəziyyəti nizamlamaq üçün Putinlə görüşmək arzusunu növbəti dəfə dilə gətirib. pizza mizza

Vatikan rəhbəri bildirib ki, o, hələ Kiyevə getmir, öncə Putinlə görüşmək üçün Moskvaya yollanmaq istəyir.

Xatırladaq ki, Putin bundan əvvəl Roma Papasının mühasirədəki Mariupol şəhərindən humanitar dəhliz açılması barədə üç xahişini rədd etmişdi.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!