Roma Papası Sultan Əhməd məscidində -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası Sultan Əhməd məscidində - FOTOLAR

Din

29 Noyabr 2025 10:49 2279


Türkiyədə səfərdə olan Vatikanın dövlət başçısı, Roma Papası XIV Leo İstanbul şəhərində yerləşən Sultan Əhməd məscidini ziyarət edib.

“Yeni Sabah” xəbər verir ki, dünya katoliklərinin dini liderinin ziyarəti ilə əlaqədar ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Roma Papasını məscidin önündə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmilər qarşılayıb. Marqarita pizza

XIV Leo müsəlmanların dini qaydalarına uyğun olaraq ayaqqabılarını çıxararaq Sultan Əhmədə daxil olub. Ona məscidin tarixi barədə məlumat verilib.  

İlk rəsmi səfərini Türkiyəyə edən Papa XIV Leo-nun İstanbuldakı görüşləri davam edir. İznikdə keçirilən ayindən sonra axşam saatlarında yenidən İstanbula qayıdıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!