Portuqaliya millisi və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldu Ağ Evdə təşkil edilən ziyafətin xüsusi qonaqlarından biri olub.
“Yeni Sabah” ESPN-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri münasibətilə təşkil edilmiş ziyafətdə Ronaldo Tramp ailəsi ilə tanış olub.
ABŞ Prezidenti bildirib ki, 19 yaşlı oğlu Berron Ronaldonun böyük heyrandır və ulduz futbolçu ilə tanışlıq onu çox sevindirib. Dominos pizza
Telegram kanalımız