Ronaldo Corcinaya milyonluq sürpriz etdi - Bu dəfə ona...

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo Corcinaya milyonluq sürpriz etdi - Bu dəfə ona...

İdman

25 Dekabr 2025 19:54 906


Futbol dünyasının ən tanınmış simalarından olan Kriştiano Ronaldo şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Ulduz futbolçu nişanlısı Corcina Rodriqesi qeyri-adi və olduqca bahalı sürprizlə sevindirib.

"Yeni Sabah" xəbər verir ki,  Ronaldo Qırmızı dənizdə yerləşən, materikdən təxminən 16 mil uzaqlıqda olan Nujuma adasında iki eksklüziv villa alıb. Bu ada Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan təxminən 800 mil məsafədə yerləşir və yalnız elit istirahət üçün nəzərdə tutulub.

Dənizin üzərində dairəvi formada salınan ada tamamilə lüks konsepsiya əsasında qurulub. Ronaldonun seçdiyi villaların hər birinin dəyəri 3,5 milyon funt sterlinqə yaxın olub ki, bu da Azərbaycan manatı ilə 8 milyon manatdan artıqdır. Tikililərin layihəsi dünyaca məşhur memar Lord Norman Fosterə məxsusdur. pizza mizza

Villalardan biri üç yataq otaqlıdır və yalnız Ronaldonun ailəsi üçün istifadə ediləcək. Digər yaşayış məkanı isə iki yataq otağına sahibdir.

Adada qolf sahəsi, yüksək səviyyəli restoranlar, eləcə də müxtəlif dəbdəbəli istirahət və sosial zonalar mövcuddur. Gələcək mərhələdə isə burada daha 11 yeni istirahət kompleksinin açılması planlaşdırılır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!