Ronaldonun yanına daha bir dünya ulduzu

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun yanına daha bir dünya ulduzu

İdman

24 Mart 2019 17:29 973


"Yuventus" "Liverpul"un futbolçusu Məhəmməd Salahın transferi üçün hərəkətə keçib. 

“Yeni sabah” xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb. İddiaya görə, "Yuventus" Kriştiano Ronaldonun gəlişindən sonra kölgədə qalan Paulo Dibaladan Salahın transferində yararlanmaq istəyir. Turin klubu misirli ulduza qarşılıq "Liverpul"a argentinalı hücumçunu və müəyyən məbləğdə pul təklif etmək niyyətindədir.

Qeyd edək ki, Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. 26 yaşlı hücumçuya hazırda "Transfermarkt" 150 milyon avro qiymət qoyub. O, bu mövsüm meydana çıxdığı 41 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!