Ronaldonun “Yuventus“a qazandırdığı məbləğ açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun “Yuventus“a qazandırdığı məbləğ açıqlandı

İdman

05 Aprel 2019 14:47 932


"Yuventes" Kriştiano Ronaldonu heyətinə qatdıqdan sonra gəlirlərini daha da artırıb.

Bu barədə KPMG Qlobal İdman Məsləhətçiliyi Departameninin "Football Benchmark" qrupunun hesabatında qeyd edilir.

Hesabatda bildirilir ki, transfer qiyməti və 4 illik maaşı da daxil olmaqla Ronaldo "Yuventus"a 340 milyon avroya başa gəlib. Lakin 34 yaşlı futblçunun gəlişindən sonra Turin klubunun gəlirləri kəskin şəkildə artıb. Dominos pizza

Belə ki, ötən mövsüm klub matç gəlirlərindən 57 milyon avro əldə edib. Cari mövsüm başa çatmamış bu məbləğ 70 milyon avroya yüksəlib. 200 milyon avroluq yayım gəlirləri 245 milyon avroya yüksəlib. "Yuventus" ticarət gəlirlərini də 5 milyon avro artıraraq 200 milyona çatdırıb.  

Sosial mediada populyarlığı yüksək səviyyəyə qalxan klubun rəsmi hesablarının izləyici sayı Ronaldonun gəlişindən sonra 50 milyon artıb.

Bir çox sahədə gəlirlərini artıran "Yuventus" portuqaliyalı ulduzun transferi sayəsində mövsümün sonunda gəlirlərini 515 milyon avroya çatdırmağı hədəfləyir.  

Fanat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!