Ronaldu karyerasını başa vurmaq qərarına gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldu karyerasını başa vurmaq qərarına gəldi

İdman

23 Yanvar 2026 19:53 624


Hücumçu Kriştianu Ronaldu "Ən-Nəsr"i tərk etmək və futbol karyerasını başa vurmaq qərarına gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, 40 yaşlı futbolçu klubla müqavilənin müddətini uzatmayacaq və 2027-ci ilin yayında rəsmən karyerasını bitirdiyini elan edəcək. pizza mizza

Mənbənin məlumatına görə, "Ən-Nəsr" rəhbərliyi Ronaldunu daha bir mövsüm saxlamağa çalışacaq. Əgər bu mümkün olmasa, klub futbolçunu Səudiyyə Ərəbistanında saxlamaq üçün ona birgə mülkiyyətdəki payını 15%-ə qədər artıraraq şərikli pay təklif etməyə hazırdır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!