SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tərəflər arasında imzalanan memorandum “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıda modernləşdirilməsini və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinə cəlb olunmasını nəzərdə tutur.
Memorandum Qazaxıstanın "KMG Drilling & Services" şirkətinin baş direktoru Andar Şukputov və "Caspian Drilling Company Ltd" şirkətinin baş direktoru Fərid Axundov tərəfindən imzalanıb. Pepperoni pizza
İmzalanma mərasimində “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
Tərəflər arasında görüşdə neft-qaz sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.
Telegram kanalımız