Bu gün SOCAR rəhbərliyi və baş ofisinin kollektivi ağacəkmə kampaniyası həyata keçirib.
“Yeni Sabah” xəbər verir ki, aksiya Pirallahı rayonunda "Abşeronneft" NQÇİ-nin ərazisində baş tutub.
İməcilikdə 5 mindən artıq ağac və gül bitkiləri əkilib, ağacların dibləri yumşaldılıb və abadlıq işləri aparılıb. SOCAR prezidenti Rövnəq Abdullayev də ağacəkmədə iştirak edib. Marqarita pizza
Qeyd edək ki, aprel ayı ərzində keçirilən iməciliklərdə SOCAR-ın müxtəlif idarə və müəssisələrində çalışan təxminən 30 min əməkdaşının iştirakı ilə on minlərlə ağac və gül kolları əkilib.
Telegram kanalımız