Rövnəq Abdullayevin qardaşı oğlu 1 milyon xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayevin qardaşı oğlu 1 milyon xərclədi

İdman

06 Aprel 2019 02:49 3219


Bir müddət gün öncə “Səbail” PFK daha bir legioner futbolçu – Maykl Essyen ilə 1,5 illik müqavilə imzalayıb. Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərir. 

Ancaq tərəflər arasında imzalanan müqavilənin şərtləri və digər detallar barədə başqa məlumat verilməyib. 

Essyenin “Səbail”lə anlaşması kluba 500 min avroya (təxm: 1 milyon 110min manat) başa gəlib. Bu barədə dünyaca məşhur "transfermarkt" saytı məlumat yayıb. Mətbuatda yayılan xəbərlərə görə, "Səbail klubunun sahibi Rövnəq Abdullayevin qardaşıoğlu Tamerlan Abdullayevdir və klub SOCAR-dan maliyyələşir.  pizza

Rəsmi mənbələrə görə, Klubun idarə sistemi Müşahidə Şurasıdır. Xatırladaq ki, peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda və 19 qol vurub. O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!