Rövnəq Abdullayevin qardaşı oğlunun 1 milyonluq transferi uğursuz oldu

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayevin qardaşı oğlunun 1 milyonluq transferi uğursuz oldu

İdman

08 Aprel 2019 17:35 3582


Dünən Topaz Prmyer Liqasında 23-cü turun daha 2 matçı keçirilib.

“Yeni Sabah” Sportarena.az-ın baş redaktoru Rüfət  Nadirlinin “Qəbələ” – “Qarabağ” oyunu haqqında fikirlərini öyrənib. O, açıqlamasında “Qəbələ”nin yaxşı oynadığını, amma qarşısındakı rəqibin də asan olmadığını buna görə qalib gələ bilmədiyini söyləyib:

“Ümumən, bu tur çox maraqlı oyunlarla, əsasən də bol qollarla yadda qaldı. “Qəbələ” – “Qarabağ” matçında hər iki komandanın yaxşı oyununa şahidlik etdik. “Qəbələ” doğma meydanda bacardığı oyunu sərgilədi, klubun futbolçuları bacardığı qədər oynadılar. Nəzərə almaq lazımdır ki, rəqib heç də sıradan olan komanda deyil, illərdir ki, çempionatın liderlərindən biri və kifayət qədər iddialı olan, heyəti təcrübəli futbolçulardan ibarət olan "Qarabağ" idi.  Dominos pizza

Sənan Qurbanov məncə, əlində olan bütün futbolçuların imkanlarından maksimum  istifadə etməyə çalışır. Bölgə klubunda son bir neçə ildə az da olsa, zəiflik özünü göstərir, amma bu ayrı mövzunun müzakirəsidir. Qəbələdəki oyundan sonra hətta Qurban Qurbanov belə bildirmişdi ki, “Qəbələ” klubu məğlubiyyətə layiq deyildi”.

Maykl Essyenin transferindən də danışan  jurnalist bu keçidi uğurlu saymadığını və bunun ancaq reklam olduğunu bildirib:

“Maykl Esyenin "Səbail"ə transferi isə oyundan daha çox adı müzakirə mövzusudur. Mən bu transferi uğurlu hesab etmirəm, reklamdan başqa bir şey deyil. Transfer olunandan sonra klubun baş məşqçisinin “Essyen hələ ideal formada deyil, oyunda yer ala bilməz” deməsi də yuxarıda sadalanan fikri təsdiq edir. Əgər futbolçu formada deyilsə, o hansı amilə görə, kluba transfer olunub bəs? Məncə, yaxşı formada olan futbolçunu heyətə qatıb transfer edirlər. Təkcə, Essyen adına görə, transfer etmək düzgün deyil”.

Bu arada qeyd edək ki, “Səbail” Maykl Essyen ilə 1,5 illik müqavilə üçün 500 min avro (təxminən 1 milyon 110min manat) pul ödəyib. Klubun sahibi Rövnəq Abdullayevin qardaşıoğlu Tamerlan Abdullayevdir və klub SOCAR-dan maliyyələşir. 

R.Nadirli mövsüm sonunda “Qarabağ”ın çempion olmaq şansını daha yüksək dəyərləndirdiyini və xal itirmədən irəliləsə çempion ola biləcəyini qeyd edib:

“Hansı klubun çempion olmasına gəlincə isə, mən "Qarabağ"ın şanslarını daha yüksək dəyərlənidirirəm. Söz yox ki, 5 tur qalıb hələ, amma bu iki komandanın xalları bərabər olaraq davam edir, ən pis halda qalib son turda da seçilə bilər. Elə son turda “Neftçi” ilə “Qarabağ” üz-üzə gələcək. Məncə, "Qarabağ" xal itirmədən irəliləyərək çempionluğu qeyd edə bilər”.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!