Əməkdar artist Röya Ayxan İnstaqram hesabında geyimlərini tənqid edənlərə cavab verib.
“Yeni Sabah” xəbər verir ki, müğənni açıq-saçıq libaslardan istifadə etməsini bu cür şərh edib:
“Müasir qız deyiləm, qarabağlıyam, bir də “çuşka”yam. İncəsənətdə üzərində işləyən iki nəfər var, biri oğlandır. Digəri isə mən. Harda nə geyindiyimi yaxşı bilirəm. Kiminsə qızının açıq-saçıq geyinməsinə pis baxıram. Bunun əleyhinəyəm, geyinə bilməz. Kimsə geyinə bilmədiyini eyib bilirsə, xəbəri olsun ki, dəfilələrdə nümayiş edilən açıq geyimlər biz ulduzlar üçündür”. pizza mizza
Röya qeyd edib ki,dizaynerlər açıq geyimləri podiumda, müğənnilər isə səhnədə nümayiş etdirir:
“40 yaşım var, yıxılıb qalxa-qalxa öyrənmişəm. İş verə-verə yox, yaxşı qız olaraq böyümüşəm. Ona görə də, sizin üçün fikir bildirmək erkəndir. Modanı izləyək, heç kim anasının qarnında öyrənmir. Mən öyrətmirəm, göstərirəm. Belə libasları mən, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli, kraliçamız Brilliant Dadaşova geyinməlidir”.
Telegram kanalımız