Röya Aygün Kazımovanın hansı mahnısını oxumasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Röya Aygün Kazımovanın hansı mahnısını oxumasından danışdı

Şou

29 Mart 2026 18:52 561


Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından oxuduğu mahnıdan danışıb. 

"Yeni Sabah" xəbər verir ki, müğənni "İki başlı" proqramında bu haqda sualları cavablandırıb. Röya Pop kraliçanın repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. O, mahnının adını sir saxlayıb:

"Mahnı seçdim və oxudum. Yayda təqdim ediləcək. O mahnı çıxanda siz hələ çox balaca idiniz. 1980-ci illərin sonunda oxunan mahnıdır". Toyuqlu pizza

Qeyd edək ki, Aygün Kazımovanın sənət fəaliyyətinin 40 illiyinə həsr edilən "Best of Aygün" albomunun ikinci hissəsi aprelin 10-da təqdim ediləcək. Albomda 40 ifaçı yer alacaq. Onlar Kazımovanın repertuarında olan 40 hiti oxuyublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!