Röya qalmaqalı böyüyür: İcra başçısı heç qapısına gələn qaziləri...

saytların hazırlanması

Evə çatdırılma

Röya qalmaqalı böyüyür: İcra başçısı heç qapısına gələn qaziləri...

Siyasət

31 Dekabr 2025 10:08 22175


Sabiq deputat Etibar Hüseynov xalq artisti Röya Ayxanın Xətai rayon  İcra Hakimiyyətində qarşılanması təntənəsini tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, o Xətai Rayon İcra Hakimiyyətində baş tutan görüşlə bağlı sosial şəbəkə hesabında tənqidi paylaşım edib.

Etibar Hüseynov paylaşımında Xalq artisti Röyanın Xətai Rayon İcra Hakimiyyətinə gəlişi zamanı ona göstərilən münasibəti ironiya ilə şərh edib. O bildirib ki, ilk baxışda Röyanı dünya ulduzu Ajda Pekkanla səhv salıb: Pepperoni pizza

“Düzü əvvəlcə elə bildim Ajda Pekkandı, Bakıya gəlib, mənim xəbərim yox. Sonra gördüm ki, yox-bizim Röya imiş.

Daha sonra elə bildim ki, yəqin Röya hansısa uşaq evinə, pansionata gedib. Çünki əynində idman geyimi, ayağında krassovka var idi. Amma sən demə yenə də yanılmışam: Röya, Xətai İcra Hakimiyyətinə təşrif buyurubmuş.

İcra başçısı onu həyətdə gül dəstəsi ilə qarşılayır, daha sonra müavinləri ilə böyrünə düşüb onu müşayiət edir. Nə deyim Vallah?! Bircə onu bilirəm ki, allahın Kim Kardaşyanı Paşinyanın görüşünə gedəndə daha rəsmi geyinmişdi. Və Allahın Paşınyanı da onu qəbul otağında 10 dəqiqə gözlətmişdi. İndi bu nə düşüklükdü?! Bu əbləhlər qəbuluna gələn qaziləri, şəhid ailələrini heç İH binasının içərisinə girməyə imkan vermirlər. O da qala aşağıya düşüb pişvazına çıxmaq…”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aftandil
    Gel bawina donum senin maxnisi da oxuyub bawci?
    4 months ago
  • Elcin Eliyev
    “Miras qalmış evdə 34 il yaşadım, dəfələrlə müraciət etdim, ev vermədilər. İndi isə Röyanı çağırırlar, halbuki tortu şəhid anaları ilə kəsmək lazım idi.”
    4 months ago
  • Abidə
    Miras qalmış evdə 34 il yaşadım, dəfələrlə müraciət etdim, ev vermədilər. İndi isə Röyanı çağırırlar, halbuki tortu şəhid anaları ilə kəsmək lazım idi.....
    4 months ago
  • Fariz
    Əbləhləri seçib vəzifəyə qoyanlara afərin deyək? Bizi gör kimlər idarə edir? Acı gülüş
    4 months ago