Roza İlhamə Quliyevanın taxtına göz dikib

saytların hazırlanması

Evə çatdırılma

Roza İlhamə Quliyevanın taxtına göz dikib

Şou

23 Aprel 2019 16:57 1101


Müğənni Roza Zərgərli mərhum xalq artisti İlhamə Quliyevanın taxtına namizəd olub. 

"Yeni Sabah"-ın məlumatına görə, o, bu haqda "ATV maqazin onlarla" verilişində deyib. Roza bildirib ki, hətta sağlığında Quliyeva özü də onu özünə oxşadırmış:

"Bir dəfə dedi ki, sən də mənim cavanlığıma oxşayırsan. Bizim sözlərimiz də bir-birinə bənzəyir. İlhamə xanım kamera önündə hər şeyi dediyi kimi idarə edirdi. Mən də çox yaxşı idarə edirəm. Bir oğul yoxdur, mənim sözümün qabağında söz desin". Dominos pizza

 Onun bu fikrinə həmkarları da biganə qalmayıblar. Nadir Qafarzadə "Rozanın dili varsa, dilçəyi də var. Bilir kimə İlhaməlik edəcək" söyləyib. 

Elza Seyidcahan isə "Heç kimə arzulamıram ki, o, taxtda otursun. O, yaxşı taxt deyil. O taxta getsən, məhv olarsan, otur öz yerində" deyə, Rozaya məsləhət verib. 

Elvin Abdullayev isə "Roza Zərgərlidə hökmranlıq, tələbkarlıq var" deyə, bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!