Rüfət Axundovdan qızı ilə bağlı sərt qərar

saytların hazırlanması

Evə çatdırılma

Rüfət Axundovdan qızı ilə bağlı sərt qərar

Şou

10 Aprel 2026 13:17 17840


Müğənni Rüfət Axundov şəxsi həyatı, xüsusilə də övladları ilə bağlı mövzulara açıq danışmağı sevmədiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, “Qonaqcanlı” verilişində uşaqlarının başqa sənət yolunu seçməsini arzuladığını deyib.

Onun sözlərinə görə, oğlu Məhəmmədəlinin musiqi qabiliyyəti var, müğənni olmasını istəmir. pizza mizza

Axundov qızının da bu sahəyə yönəlməsinə qarşı çıxıb. Hazırda 11-ci sinifdə oxuyan qızı gələcəklə bağlı planlarını artıq müəyyənləşdirib. Sənətçinin sözlərinə görə, qızı dizayner olmaq istəyir və rəsm çəkməyə xüsusi maraq göstərir.

Müğənni əlavə edib ki, övladları barədə ictimaiyyət qarşısında danışmağa üstünlük vermir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!