Rüfət Quliyev həmkarının FETÖ iddiasına rəy bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Rüfət Quliyev həmkarının FETÖ iddiasına rəy bildirdi

Siyasət

24 İyun 2023 12:14 822


Milli Məclisin deputatı Rüfət Quliyev həmkarı Aqil Abbasın “FETÖ-çülər meydan sulayır, media da FETÖ-çülərin əlindən qan ağlayır” fikrinə münasibət bildirib.

Yenisabah.az Pravda-a istinadla xəbər verir ki, o, Aqil Abbasın tanınmış siyasətçi, yazıçı olduğunu qeyd edərək nə isə bildiyini vurğulayıb. 

R. Quliyev deyib: “Bu barədə diskussiya aparmayacağam. Mənim fikrim həmişə belə olub: dövlətin komissiyası, xüsusi orqanları var. FETÖ söhbəti Gədəbəy rayonunda camaatın ayağa qalxmasından sonra çıxdı. Bununla bağlı da öz fikrimi bildirdim. Gərək polislə konflikti olan insanlar da aktiv formada dövlət orqanlarına, deputatlarına, icra başçısına, ekologiya və təbii sərvətlər nazirinə, Nazirlər Kabinetinə müraciətlər edəydilər. Bu müraciətlər lazımdır ki, dövlət qurumlarının hamısı məsələni bilsin. Birinin reaksiyası yoxdursa, ikincinin reaksiyası olacaq. pizza

Həmişə demişəm ki, gəlin gözləyək. Komissiya işləyir, onun işinin gedişatında bir çox məsələlər üzə çıxacaq. Eləsi olacaq ki, mətbuata düşəcək, yaxud məxfi qalacaq, amma qərarla əsasında addımlar atılacaq. Mən belə düşünürəm. Hansısa deputat fikir irəli sürürsə, deməli, onun əlində hansısa sübutlar var. Lakin bunun miqyası nə qədərdir, nə qədər təhlükəlidir, bu barədə dövlət orqanları özləri qənaətə gəlsinlər, işlərini görsünlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!