Rüfət Səfərovdan radikal açıqlama: “Vəhşicəsinə işgəncələrə məruz qoydular ki...”

saytların hazırlanması

Evə çatdırılma

Rüfət Səfərovdan radikal açıqlama: “Vəhşicəsinə işgəncələrə məruz qoydular ki...”

Xalqın səsi

18 Mart 2019 01:58 2675


“Bu ölkədə hər kəsin bildiyi, lakin tiraniyanın əksər qəlb və beyinlərə yeritdiyi qorxu hissinin ucbatından dilə gətirə bilmədiyi bəlli həqiqətləri söyləyib yazdığıma görə özümün və ailəmin ömründən 3 il açıq surətdə talandı”. 

“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin əfv fərmanı ilə bu gün həbsdən azad olunan keçmiş müstəntiq, Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov sosial mediada yazıb. Sərt açıqlama verən R. Səfərov qeyd edib ki, hakimiyyət təkcə xalqın malını-dövlətini, neftini-qazını, təbiətini-meşəsini, suyunu-dənizini, təhsilini-mədəniyyətini, qələmini-sözünü, seçimini-səsini deyil, həm də ömrünü-gününü soyur: “Yalan üzərində bina edilmiş rejim dürüst sözdən necə qorxurmuş, dostlar. Adamlıqla bir araya gəlməyən üsullar tətbiq etdilər, vəhşicəsinə işgəncələrə məruz qoydular ki, yalanlarının önündən doğrularımızla qaçaq. Son məqsədləri sındırıb qazanmaq istəyi idi, lakin faydalı xassələr qazandırdılar.

Əvvəl hansı bünövrə prinsipləri rəhbər tutub yaşayırdımsa, eynisi varlığıma hakimdir. Əhəmiyyətlisi budur ki, təkmilləşmə mövcuddur: həbsədək təbiəti, cəmiyyəti, insanı elə də bilməyən Rüfət çox mətləblərdən hali oldu. Azadlıqda ikən iradə, əzm və səbatın nə demək olduğunu ədəbi mətnlərdən öyrənirdimsə, məhbəsdə gerçək həyatdan fəhm etmək imkanım oldu. Toyuqlu pizza

Bilənlər bilir ki, şişirtmə və ya kiçiltmə mənə görə deyil. Real durumu süsləmədən ərz edim ki, səhhətim normal, psixologiyam qaydasında, ədalətsizliyə qarşı mübarizə əzmim əvvəlki həddən də artıq, fikirlərim qəti, mövcud idarəçilik barədə təsəvvürlərim apaydındlr.

Əziz atam Eldar Sabiroğlu məni bağrına basdıqdan bir az sonra sual etdi: ağlın artdı? Cavab verdim ki, ağlımın artıb-artmadığını söyləyə bilmərəm, amma yəqin edirəm ki, ixtiyari varlığı başa düşüb hiss etməyəndə, yaxud hiss edib başa düşmyəndə ümumi qavrama yarımçıq olur. Tam dərk baxımından hissi qavrayışla şüurun ittifaqı cəlbedicidir. Bu mənada, Azərbaycandakı şiddət saçan iqtidar barədə oxuyub öyrənmişdim, fəqət hiss etməmişdim. Həbsdə keçirdiyim günlər, bu rejimin mövcudluğunu dərimdə duymağım avtoritarizmin cövhərini tam anlatdı. Məhz bu anlayışı gələcək uğurlarımın baslıca rəhni sayır, hüquq və vətəndaşa söykənən dövlət-cəmiyyətin qurulacağına inanıram. Təbii, bu inamı təkbaşına qazanmadım. Həbs dövründə sayğıdəyər dostlardan aldığım fasiləsiz dəstək mübarizəyə və onun uğurlu nəticələrinə dair dərin inam hissinə stimul oldu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!