Eldar Sabiroğlunun oğlu, 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərovun nənəsi vəfat edib.
Keçmiş müstəntiqin yas marasiminə qatıla bilməsindən ötrü, qanunvericiliyə uygun müvəqqəti sərbəst buraxılması məqsədi ilə bu gün, fevralın 3-də ədliyyə nazirinə və Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyi gözlənir.
Bu barədə Azadlıq Radioosuna Rüfət Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil vurğulayıb ki, bu gün, fevralın 3-ü bazar günü olduğundan məktubu və ölüm kağızını poçt vasitəsilə göndərəcəklər: pizza
"Bazar ertəsi isə teleqram vuracaqlar,Ümid edirik ki, Rüfət Səfərova nənəsinin yas mərasimində iştirak üçün icazə veriləcək".
Rüfət Səfərovun nənəsi dünən, fevralın 2-də vəfat edib.
Telegram kanalımız