Dubayda geniş əməliyyat -   “Rufo Gəncinski” saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Dubayda geniş əməliyyat - “Rufo Gəncinski” saxlanıldı

Kriminal

13 Yanvar 2026 15:22 549


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.

“Yeni Sabah” xəbər verir ki, əməliyyat zamanı 80 nəfər xarici vətəndaş saxlanılıb.

Bildirilib ki, saxlanılanlar arasında bir neçə kriminal avtoritet və dəstə başçısı da var. Onların arasında “Rufo Gəncinski” ləqəbli Azərbaycan vətəndaşı Ülfət Tağıyevin də olduğu qeyd edilir. Pepperoni pizza

Dubayın xüsusi xidmət orqanları əməliyyatın aparıldığını rəsmi şəkildə təsdiqləsələr də, saxlanılan şəxslərin adları ilə bağlı detallı açıqlama verməyiblər.

Məlumata görə, “Rufo Gəncinski” kimi tanınan kriminal avtoritet artıq BƏƏ ərazisindən çıxarılıb. (Nocomment.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!