Rumıniya Prezidenti İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Rumıniya Prezidenti İlham Əliyevə zəng etdi

Siyasət

15 Mart 2022 18:27 484


Rumıniya Respublikasının Prezidenti Klaus Yohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Bu il Rumıniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyi vurğulandı. pizza hut

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın perspektivləri, Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və elektrik enerjisinin ixracı məsələləri müzakirə olundu.

Həmçinin telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi apardılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!