Rusiya keçmiş sovet coğrafiyası üçün cazibəsini itirir.
Yenisabah.az xəbər verir ki, 2023-cü ildə Rusiya vətəndaşlığını alan əcnəbilərin sayı rekord həddə düşüb.
Bu səbəbdən Putin bəzi millətlərin Rusiya vətəndaşlığı almasını asanlaşdırıb. Dominos pizza
Vətəndaşlığı qəbul edən bəzi ölkələrin vətəndaşları üçün daimi yaşayış və Rusiya konstitusiya imtahanı tələbləri ləğv edilib.
Prezident Vladimir Putinin imzaladığı yeni fərmana əsasən, belarus, qazax və moldovalıların Rusiya vətəndaşlığına qəbulu asanlaşdırılıb.
İndi yaşı 18-dən yuxarı olan Belarus vətəndaşları Rusiyada daimi yaşayış yeri olmadan və rus dili, tarix və konstitusiya imtahanları vermədən birbaşa Rusiya vətəndaşı ola biləcəklər.
Eynilə, Qazaxıstan və Moldova vətəndaşları üçün daimi yaşayış tələbi və mədəni konstitusiya imtahanları ləğv edilib, lakin onlar yalnız rus dilinin qrammatikası imtahanından keçməlidirlər.
Rusiya vətəndaşlığını almaq üçün belaruslar müvafiq ərizə, yaşayış icazəsi və pasport təqdim etməlidirlər. Qazaxıstan və Moldova vətəndaşlarından da rus dilini bildiyini sübut edən sənədlər tələb olunur.
2023-cü ilin birinci yarısında 4 min 557 belarus və 13 min 876 qazaxıstanlı Rusiya vətəndaşlığını qəbul edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvar-oktyabr aylarında Rusiya vətəndaşlığına qəbul edilənlərin sayı 46% azalaraq 317 min nəfər olub.
Telegram kanalımız