“Son günlərdə Avropa ölkələrindən 300-də çox diplomatın çıxarılması, Rusiyanın Qərblə münasibətlərinin gələcək normallaşması baxımından kifayət qədər problemli rəqəmlərdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O, rus ordusunun Buçada törətdiyi qətliamdan sonra Avropa ölkələrindən deportasiya olunan 338 rus diplomatı barəsində yayılan xəbərlərə münasibət bildirib. Dominos pizza
Xatırladaq ki, bu günə qədər Almaniyadan 40, Fransadan 35, İtaliyadan 30, Sloveniyadan 33, Danimarkadan 15, İsveçdən 3, İspaniyadan 25, Polşadan 45, Rumıniyadan 10, Portuqaliyadan 10, Çexiyadan 1, Hollandiyadan 17, Belçikadan 40, İrlandiyadan 4, Estoniyadan 14, Latviyadan 13, Litvadan isə 1 rus diplomat xaric olunub.
Öz növbəsində T. İsmayılov əlavə edib: “Ümumiyyətlə, bu tendensiya artan xətt üzrə davam edir və hər gün müxtəlif ölkələrdən müxtəlif sayda rus diplomatları çıxarılır. Hesab edirəm ki, Rusiya-Ukrayna gərginliyi başa çatdıqdan sonra Rusiyanın dünya sistemi ilə pozulmuş münasibətlərini yenidən bərpa etmək elementləri kifayət qədər çətin olacaq. Bu, təbii ki, indiki mərhələdə gözlənilən prosesdir. Özəlliklə də Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı siyasətlərində vahid mövqe nümayiş etdirməyə çalışır və bir çox dövlətlər də vahid sistematik qərarları yerinə yetirərək bu diplomatları çıxarırlar”.
Politoloqun sözlərinə görə, diplomatların sadalanan ölkələrdən deportasiya edilməsinə baxmayaraq, bu, Rusiya səfirliklərinin və konsulluqlarının ləğv edilməsi və qapadılması anlamına gəlmir:
“Çünki belə olacağı təqdirdə Rusiya da öz daxilindəki ölkələrin səfirlikliklərini və konsulluqlarını bağlaya bilər ki, bu da özəlliklə enerji məhsulları ilə bağlı Rusiya ilə iqtisadi mənada böyük ticarət həyata keçirən Aİ və Qərb ölkələri üçün ciddi problemlərə və presidentlərə səbəb ola bilər. Düşünürəm ki, hadisələr səngidikdən sonra Rusiyanın çıxarılan işçiləri yenidən geriyə, xidmət göstərdikləri ölkərə ezam olunacaqlar. Çünki bir daha qeyd edirəm ki, özəlliklə Qərbin enerji təhlükəsizliyində hələki Rusiyaya alternativ tam olaraq formalaşmayıb və belə olan təqdirdə Rusiyanın bütün diplomatlarının Qərbdən çıxarılması Rusiya ilə siyasi və iqtisadi məsləhətlər, müzakirələr və münasibətlərin formalaşdırılması baxımından təkcə Rusiyanın özü üçün deyil, eləcə də Qərbin və Aİ-nin özü üçün də böyük problemlərə səbəb ola bilər”.
“İndiki məqamda mən bunu davam edən sanksiyalar və Aİ ilə ABŞ-ın vahid siyasi xəttinin davamı kimi xarakterizə edirəm. Amma Ukrayna-Rusiya gərginliyi bitdikdən sonra yenidən Rusiyanın Qərbdəki səfirliklərinin içşilərinin eyni say və ştat vahidində işlərinə geri dönəcəyini düşünürəm”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız