Rus əsgərlərdən Putinə ETİRAZ: “Ukraynada ölmək istəmirik”

saytların hazırlanması

Evə çatdırılma

Rus əsgərlərdən Putinə ETİRAZ: “Ukraynada ölmək istəmirik”

Dünya

11 May 2022 13:12 238


Rusiyalı gənclərin böyük əksəriyyəti Ukraynaya qarşı müharibədə iştirak etmək istəmir və onlar ümumi səfərbərlik perspektivini mənfi qəbul edir. 

Modern.az xəbər verir ki, bu fikirlər rus əsgərlərin sosial şəbəkələrdə yayılan videogörüntülərində əks olunub.

Rusiyalı əsgərlər söhbət zamanı Ukraynada ölmək istəmədiklərini bildiriblər. pizza hut

"Hamımızı ölümə göndərirlər. Amma bizim mənafeyimiz üçün uyğun deyil. Ukraynada ölmək bizə lazım deyil. Başqalarının maraqları üçün ölməyi normal hesab etmirəm”, - əsgərlərdən biri deyib.

Digər hərbi qulluqçu isə bildirib ki, əvvəlcə Rusiya Federasiyasında faşizmi məğlub etmək lazımdır:

“Yalnız bundan sonra antifaşizmin ixracı ilə məşğul olmaq lazımdır. Əlbəttə, Vladimir Vladimiroviçin fikirlərini diqqətlə izləyirik. Məncə, o, ümumi səfərbərlik etsə, o zaman onun hakimiyyətdə nə qədər qaldığını saatlarla saymaq olar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!