Rus general silah almaq üçün İrana getdi

Rus general silah almaq üçün İrana getdi

Dünya Veb saytların hazırlanması

04 Dekabr 2022 09:26 649


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Tehranda görüşüb. Tərəflər pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin yeni tədarüklərini müzakirə edə bilərlər.

“Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, onlar hərbi əməkdaşlığı müzakirə ediblər.

“Ola bilsin ki, onlar Ukraynada istifadə üçün İran PAU-larının və raketlərinin Rusiyaya satılmasını müzakirə ediblər. Məhəmməd Baqiri İranın müdafiə baş komandanıdır, hərbi siyasət və strateji rəhbərliyə cavabdehdir”- məlumatda vruğulanıb.

Xatırladaq ki, Rusiya hərbçiləri iki həftədən artıqdır ki, İranın pilotsuz uçuş aparatlarını Ukraynada istifadə etmir. Bu, PUA-ların ilk partiyasının artıq başa çatdığını göstərə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!