Rusiya Müdafiə Nazirliyi Ukraynaının müharibədəki itkilərini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, xüsusi hərbi əməliyyat zamanı 130-a yaxın Ukrayna hərbi helikopteri artıq məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 186 təyyarə, 129 helikopter, 1084 pilotsuz uçuş aparatı, 327 zenit-raket kompleksi, 3373 tank və digər zirehli döyüş texnikası, 460 reaktiv yaylım atəşi sistemi, 1752 səhra artilleriya və minaatan silahlar, həmçinin 3350 ədəd xüsusi hərbi maşın məhv edilib”, - Konaşenkov brifinqdə bildirib. pizza sifarişi
İqor Konaşenkov bildirib ki, Rusiya aviasiyası son sutka ərzində 240-a yaxın ukraynalı millətçini məhv edib.
“Ümumilikdə hava zərbələri nəticəsində 240-a qədər millətçi zərərsizləşdirilib”, - Konaşenkov bildirib.
Onun sözlərinə görə, pilotsuz təyyarələr Ukrayna Ordusunun canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 15 əraziyə zərbələr endirib.
Telegram kanalımız