“Pivə içməyin, öldürür!“ - Həkimdən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Pivə içməyin, öldürür!“ - Həkimdən xəbərdarlıq

Sağlamlıq

05 Fevral 2020 22:24 1014


"Pivəni qadağan etmək lazımdır, insan sağlamlığı üçün ən təhlükəli içkidir".

"Yeni Sabah" xəbər verir ki, bunu rusiyalı həkim-psixiatr, narkoloq Danil Pokrovski deyib.

“Spirt pivənin tərkibində ən az olan maddədir. Pivənin əsasını təşkil edən digər komponentlər – köpük, rəng, dad, o cümlədən tərkibindəki kobalt insan sağlamlığı üçün son dərəcə zərərlidir”, - Pokrovski bildirib. pizza

O bu maddənin kardiotoksik olduğunu və gündəlik icazə verilən dozanın 375 qram çərçivəsində olduğunu deyib:

“Pivənin tərkibindəki metallar kardiopatiyaya, ürəyin piylənməsinə və xəstənin ölümünə səbəb olur”.

Pokrovski quru qırmızı çaxırı isə ən az zərərli içki adlandırıb. Həkim bunu belə əsaslandırıb ki, çaxır bol vitaminlər, mikroelementlər və antioksidantlarla zəngindir.  /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!