Rus patriarxı anti-rusiyaçıları Dəccalın nökəri saydı

Rus patriarxı anti-rusiyaçıları Dəccalın nökəri saydı

Xalqın səsi Saytların hazırlanması

07 Aprel 2022 16:07 663


Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dünyada mövcud olan anti-Rusiya əhval-ruhiyyəsindən danışaraq, bunu Əhdi-Cədidin sonuncu kitabı Apokalipsislə əlaqələndirib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, patriarx Apokalipsisdə (Axirəz-Zaman) pravoslav inancı və "bütün zamanların və bütün xalqların dindar insanları" barədə qeydi xatırladıb:

"Bəs niyə xarici qüvvələr Rusiya torpağında qarşı baş qaldırıblar? Niyə onu dağıtmağa, parçalamağa, qardaşı qardaşa qarşı qoymağa çalışırlar? Apokalipsisdə Dəccalın gəlişinə mane olan müəyyən bir qüvvədən bəhs edilir. Həvari bu qüvvənin kim olduğundan bəhs etməyib. Bəziləri elə güman edirdi  ki, söhbət bütpərəst olsa da, hələ də dünyada müəyyən nizam-intizamı qoruyub saxlayan Roma dövlətindən gedir.

Digərlərinin fikrincə, bu kilsədir, o, çəkindirici və haqlıdır. Kilsə insanları həyati dəyərləri itirmədən çəkindirir. Amma bu, həm də bütün dövrlərin və bütün xalqların bütün dindar insanlarıdır. Bu, pravoslav kilsəsində yaşayan və fəaliyyət göstərən pravoslav inancdır, bu, çəkindirən gücdür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!