“Rus qazından imtina heç kimə xeyir gətirməyəcək“ - Şolz

saytların hazırlanması

Evə çatdırılma

“Rus qazından imtina heç kimə xeyir gətirməyəcək“ - Şolz

Dünya

22 Aprel 2022 15:12 538


"Rusiya qazına qoyulan embarqo Ukraynaya sülh gətirməyəcək".

Yenisabah.az “Spiegel”ə istinadla xəbər verir ki, bunu alman nəşrinə müsahibəsində kansler Olaf Şolz deyib.

O qeyd edib: Toyuqlu pizza

"Rəsmi Kiyevin Rusiya qazının idxalına dərhal qadağa qoyulması ilə bağlı istəyinin yerinə yetirilməsi yersizdir və bu, bir çox ölkələr üçün dəhşətli nəticələrə səbəb ola bilər".

Şolzun sözlərinə görə, belə bir tədbir Ukraynadakı münaqişəni dayandırmağa kömək etməyəcək.

O, həmçinin Berlinin Rusiya qazını almağa davam etməklə, Moskvaya “sponsorluq” etməsi fikrini də tənqid edib:

"Fakt budur ki, dramatik iqtisadi böhrandan, milyonlarla iş yerinin və bir daha heç vaxt açılmayacaq fabriklərin itirilməsindən yayınmaq istəyirik. Bu, ölkəmiz, bütün Avropa üçün ciddi nəticələrə gətirib çıxaracaq və iqtisadi vəziyyətə ciddi təsir göstərəcək”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!