Rus şirkətindən Qarabağla bağlı təxribat

saytların hazırlanması

Evə çatdırılma

Rus şirkətindən Qarabağla bağlı təxribat

Rəsmi

15 İyul 2019 17:48 1332


Rusiyanın mobil operatorlarından biri olan "Meqafon" şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, "Meqafon" Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir. Hətta şirkət öz saytında qondarma "Dağlıq Qarabağı" müstəqil dövlət kimi göstərib.

Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb. Toyuqlu pizza

Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə "Meqafon" şirkətinin cavabı belə olub: "Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir."

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində "Meqafon" şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb.

Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının "Meqafon" şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur.

Xatırladaq ki, "Meqafon" Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan "Qarabağ Telekom" şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!