Türkiyənin Antalya vilayətində rus turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Yenisabah.az DHA-ya istinadla xəbər verir ki, 13 rusiyalı turistin olduğu tur avtobusunun sürücüsü idarəetməni itirərək avtomobili ağaca və elektrik xəttinin dirəyinə çırpıb. Nəticədə 11 turist və sürücü xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürənlər gəlib. Yaralılar təcili yardım maşınları ilə Kumlucu və Finike dövlət və özəl xəstəxanalara aparılıb. Pepperoni pizza
Bəzilərinə qəza yerində yardım göstərilib, onların vəziyyəti narahatlıq doğurmur.
Telegram kanalımız