“Rusiya 30 il əvvəlki Azərbaycanı, Putin isə Elçibəyi xatırladır“

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya 30 il əvvəlki Azərbaycanı, Putin isə Elçibəyi xatırladır“

Siyasət

24 İyun 2023 12:46 2402


"Qiyamın müqəddəratı haqqında nə isə demək çətindir. Tərəflərin gücü bəllidir, hökumət güclüdür, amma burada qətiyyət məsələsi var. Bu məsələdə hökumətin, yoxsa Priqojinin qətiyyəti daha güclü olacaq, demək çətindir". 

Bu sözləri Yenisabah.az-a Rusiyada baş verən hərbi qiyamı şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. Politoloq qeyd edib ki, ümumi mənzərə Azərbaycanın 1993-cü ildə düşdüyü durumu xatırladır:

"Rusiya iqtidarı 30 il əvvəl süqut ərəfəsində olan Azərbaycanı, Xalq Cəbhəsi hakimiyyətini xatırladır. Putin Elçibəyi xatırladır. Ölkədə baş verən hadisələrə tam nəzarət edə bilmir, qətiyyətli qərar çıxara bilmir, susur, hansısa tədbirlərdə çıxış edib ünvansız sözlər deyir. Hər şey eynilə Elçibəydə olduğu kimidir. Ölkədə isə çox ciddi proseslər davam edir və bu proseslərin nəticəsində sonda Elçibəy qaçası oldu, Putinin isə qaçıb-qaçmayacağı hələ ki, bilinmir. Amma hər halda, onun ölkədəki nüfuzuna, hakimiyyətinə sarsıdıcı zərbə endirilib. Düz bir ay bundan əvvəl bu hadisələrin baş verəcəyini yazmışdım".  Marqarita pizza

Zərdüşt Əlizadənin sözlərinə görə, Qərb Proqojinə hərbi dəstək verməyəcək və Rusiyanın çöküşünü seyr edəcək: 

"Qərb Priqojinə hərbi dəstək verməyəcək. Əgər sizin gözünüzün qabağında rəqibiniz, yaxud düşməniniz süquta uğrayırsa, çökürsə, gurultu ilə dağılırsa, bu zaman ən düzgün mövqe kənarda dayanıb əllərini qoynuna qıyaraq onun çöküşünə sakitcə tamaşa etməkdir. Rusiya özünü Qərbin ciddi rəqibi kimi təqdim edirdi. İndi isə daxildən sarsılır və dağılır. Belə olan halda Qərbə nə düşüb ki, bu hadisələrə qarışsın? Qərb sakitcə durub olanlara tamaşa edir". 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!