Ukrayna xarici işlər nazir Dmitri Kuleba və Britaniya xarici işlər naziri Liz Trass arasında telefon danışığı baş tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə Kuleba "Twitter" hesabında paylaşım edib.
Telefon danışığı zamanı Ukraynanın ərzaq ixracının qarşısının alınmasına görə Rusiyanın məsuliyyətə cəlb olunması yolları müzakirə olunub. pizza sifarişi
"Rusiya təkcə ukraynalıların öldürülməsinə, işgəncəyə məruz qalmasına və zorlanmasına görə deyil, həm də bütün dünyada, o cümlədən Afrikada aclıqdan əzab çəkən, ölən insanlara görə tam məsuliyyət daşıyır", - deyə Kuleba bildirib.
Telegram kanalımız