“Ermənistan və Rusiya arasında baş verənlər yeni proses deyil. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra baş verən 44 günlük müharibə, daha sonra keçən 3 il ərzində Ermənistan-Azərbaycan münasibətləri Moskva-İrəvan münasibətlərinə də təsir edib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.
O son günlər Rusiya və Ermənistan arasında olan diplomatik gərginlikdən, habelə Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeli çıxışlarından söz açıb. pizza hut
A. Qasımlı xatırladıb ki, Paşinyanın verdiyi bəyanatlar yeni deyil:
“O, daha əvvəl KTMT ilə bağlı bəyanatlar verib, Rusiyanın müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi ilə bağlı bəyanatlar vermişdi. Artıq məsələ pik həddə çatıb. Fikrimcə, Rusiya artıq Paşinyanı devirmək qərarı verib və bununla bağlı siqnallar gəlməkdədir”.
Analitik düşünür ki, son 3 il ərzində Ermənistanın siyasi rəhbərliyi artıq sürətlə Rusiyanın nəzarətindən, yaxud müttəfiqliyindən çıxmaq cəhdlərini göstərir:
“Artıq bununla bağlı İrəvan tərəfindən dəfələrlə addımlar atılıb. İlk növbədə, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi, eləcə də bu yaxınlarda keçirilməsi planlaşdırılan ABŞ-Ermənistan hərbi təlimləri bunun sübutudur. Kreml bunların qarşısını almaq üçün Paşinyanın devrilməsi qərarını tam olaraq verib və ola bilsin ki, düyməyə basıb”.
Siyasətçi xatırladıb ki, artıq Ermənistanda Rusiyayönlü jurnalistləri həbs etməyə başlayıblar:
“Hazırda Rusiyaya yaxınlığı ilə bilinən şəxslər kütləvi şəkildə həbs olunmağa başlayacaqlar. Bunun arxasında duran əsas məsələ isə böyük ehtimal Rusiyanın Paşinyanı devirməklə bağlı verdiyi qəti qərardır. Həmçinin Laçın yolunun qapadılması və Azərbaycanın danışıqlar masasından çıxması da buraya aiddir. Doğrudur, biz formal olaraq danışıqlardan çıxmamışıq, lakin Laçın yolunu bağlamaqla Qərbin liderliyi altında keçirilən Vaşinqton və Brüssel formatındakı danışıqlar artıq dayandırılıb və proses yenidən Rusiyanın nəzarətinə keçib. Hazırda hiss olunan budur”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız