“Rusiya aviasiyasını vurmaq üçün Ukraynaya təyyarə göndərsək...“   - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya aviasiyasını vurmaq üçün Ukraynaya təyyarə göndərsək...“ - Baş nazir

Siyasət

11 Mart 2022 15:18 773


Prezident Volodimir Zelenskinin xahişinə baxmayaraq, NATO Ukrayna ərazisində uçuşsuz zona tətbiq edə bilməyəcək.

Yenisabah.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo CTV News telekanalına müsahibəsində deyib.

Telefon danışığı zamanı Volodimir Zelenskinin ondan Ukrayna səmasının bağlanmasını xahiş etdiyini bildirən Kanada hökumətinin başçısı NATO-nun vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq bu xahişi yerinə yetirə bilməyəcəyini vurğulayıb. Toyuqlu pizza

“Bu qərar qəlbimizi ağrıdır. Rusiya aviasiyasını vurmaq üçün Ukraynaya təyyarə göndərsək, NATO-nun birbaşa münaqişəyə cəlb olunması riski yaranır. Biz çox şey edə bilərik və əlimizdən gələni edirik, lakin buna gedə bilmərik”, - deyə Castin Trüdo qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!