“Rusiya Azərbaycan əleyhinə addım atsa, qarşısında Türkiyəni görəcək”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Azərbaycan əleyhinə addım atsa, qarşısında Türkiyəni görəcək”

Siyasət

25 Oktyabr 2022 12:43 2795


“Ümumiyyətlə, bölgədə hazırda çox ciddi proseslər gedir. İran Azərbaycana qarşı müəyyən təhdidlər edir, Rusiya televiziyalarında Azərbaycana qarşı səslənən fikirlər, Qarabağın “DQR” kimi göstərilməsi, xəritənin səhv təqdim edilməsi onu göstərir ki, bu ölkələr Azərbaycanın müstəqilliyini istəməyən dövlətlərdir və Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasət aparmasını həzm edə bilmirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, son günlər Rusiya və Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinin pərdəarxası məqamlarına toxunub: Pepperoni pizza

“44 günlük müharibədə Azərbaycan iradəsini ortaya qoyub. Onlar da bunu qəbul edə bilmirlər və istəyirlər ki, Azərbaycan hansısa bir dövlətin vassalı olsun, himayəsi altına keçsin. Bu da artıq mümkün deyil. 

Rusiyaya etiraz notasını Moskvadakı səfirliyimiz verib. Amma artıq dövlət səviyyəsində də mövqe bildirmək lazımdır, lap yuxarı səviyyədə belə. Çünki Türkiyədən sonra Rusiya ilə də müttəfiqlik haqqında müqavilə imzalamışıq. Bu necə müttəfiqlikdir ki, televiziyalarda təhdid səslənir?!”

“Artıq ümumi vəziyyəti başa düşürük. Başa düşürük ki, Rusiya Ukrayna müharibəsində uduzur, beynəlxalq aləmdə ciddi problemlərlə üzləşir, iqtisadiyyatı çökür, siyasi cəhətdən sıxılır. O da istəyir ki, Qafqazda söz sahibi olsun, amma Qafqazda söz sahibi ola bilməyəcək. Çünki dünya nizamı tamamilə dəyişib, Qafqazda söz sahibi Türkiyədir, NATO üzvüdür və güclü dövlətlərdən biridir. İkincisi də istər Rusiya, istər istərsə də İran olsun, əgər onlar Azərbaycana əleyhinə addım atacaqlarsa, qarşılarında Türkiyəni görəcəklər. Çünki Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb”, – deyə deputat əlavə edib.

V. Əhmədovun sözlərinə görə, bu dövlətlərin hamısı Azərbaycandan müəyyən pay almaq istəyir:

“Amma dövlət başçısının siyasi iradəsi ortadadır, xalqın mövqeyini müdafiə edən qərarlar verir, açıq siyasət aparır və deyir ki, kim bizimlə dostdursa, dost olacağıq, düşməndirsə, düşmən olacağıq. 

İranın ətrafda baş verənləri münasibəti, daxilində gedən ciddi proseslər və s. göz önündədir. Hətta İranın parçalanma söhbəti ola bilər və yəqin ki, buna da gətirib çıxaracaq. Çünki orada 30 milyona yaxın soydaşımız var və onlar üçün bircə məktəb, təhsil, mədəniyyət və səhiyyə ocağı açmadı İran. İran gözləyirdi ki, orada hər şey sakit keçəcək?! Xeyr! Dövlət başçısı da bildirdi ki, soydaşlarımız harada varsa, biz onları müdafiə edəcəyik və başqa söhbət ola bilməz.

Hadisələrin yekununa gəldikdə isə birincisi, çalışmaq lazımdır ki, ciddi problemlər yaranmasın. Bunu heç kim, Azərbaycan belə istəmir. Onlar isə istəyirlər ki, daxili problemlərini xaricə çıxarıb müəyyən qədər xaricdə problem yaratsınlar və bu məsələylə əlaqədar olaraq dünya dövlətlərinin başını qatsınlar”.

Deputat yekunda deyib ki, Azərbaycan hər şeyə hazır olmalıdır: “Ordumuz daha da güclü silahlanmalı, Türkiyə ordusuyla çox ciddi əməliyyatlar keçirməklə ciddi hazırlıqlar görməlidirlər. Digər tərəfdən, Ermənistan faktoru var ki, onlar da öz oyunlarını oynayırlar və onların da “dayı”ları artıq onlara start verib. Ona görə də yenə deyirəm, burada qorxulu bir şey yoxdur. Azərbaycan qüdrətli dövlətdir, amma biz öz hazırlığımızı görməliyik, çünki həyatda hər şey ola bilər”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!