Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir

Siyasət

05 İyul 2022 15:51 7191


“Artıq bir aydır ki, Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodromun ərazisində hərbi baza tikilir, "Azadlıq" radiosunun Ermənistan xidməti bildirib.

İyunun 17-də Ermənistan hökuməti "Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiya məntəqələri haqqında" protokol imzalayıb.

Yerli sakinlərin fikrincə, həmin yerdə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət bölmə yerləşəcək. Tikinti rəhbərləri arasında Rusiya hərbçilərinin olması bunun dolayısı ilə təsdiqidir. Toyuqlu pizza

Ermənistan Müdafiə Nazirliyi tikilməkdə olan obyektin xarakteri, hərbçilərin sayı və obyektin təyinatı barədə məlumat vermir.

Ayqepar kəndi Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşir.

Erməni əhali ümid edir ki, Rusiya hərbçilərinin olması onların təhlükəsizliyinə zəmanət verir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!