“Rusiya Azərbaycanın tələbini yerinə yetirir” - Zərdüşt Əlizadə

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Azərbaycanın tələbini yerinə yetirir” - Zərdüşt Əlizadə

Siyasət

04 Avqust 2022 13:24 2507


“Rusiya Azərbaycanın tələbini yerinə yetirir”. 

Bunu Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Ermənistanda anti-rusiya ovqatı güclənib. Dünənki antiterror əməliyyatından sonra Ermənistanda yaşayan sadə əhali Rusiyanı ittiham etməyə başlayıb. Bu narazılığın fonunda Ermənistan Rusiyadan üz döndərə bilərmi? Pepperoni pizza

Ümumiyətlə, Ermənistan-Rusiya münasibətlərində hər hansı gərginlik yaranarsa, bunun nəticəsi nə ola bilər?

Politoloq bildirib ki, bu əməliyyatlar gözlənilən idi:

“Əsas səbəb odur ki, Ermənistan qanunsuz silahlı qüvvələrini Qarabağdan çıxarmaq və Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya vermək istəmir. Ermənistan öz suverenliyini qorumaq istəyir. Ancaq bu istəyi həyata keçirmək istəyəndə bir şeyi unudurlar. Məhz Rusiyanın sayəsində  Azərbaycan torpaqlarını 27 il işğal altında saxlaya bilmişdilər.  

Rusiya Azərbaycanı 27 il gözləməyə məcbur edəndə yaxşı, Zəngəzur dəhlizi Rusiyanın nəzarətinə verilməli olanda pisdir?”

Politoloq qeyd edib ki, 10 noyabr üçtərəfli bəyannaməsində Ermənistan öz üzərinə qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasına dair öhdəlik götürmüşdü. Ancaq bu öhdəliyi yerinə yetirmədi:

“3 avqustda baş verən antiterror əməliyyatı Ermənistanın ağlını başına gətirmək üçün həyata keçirildi. Bu, vəziyyət bizim maraqlarımıza tam cavab verir. Rusiya bununla həm də Azərbaycanın tələbini yerinə yetirir. Və düşünür ki, bu əməliyyatdan sonra Ermənistanın ağlı başına gələr.

İndi isə Ermənistanın qarşısında duran iki tələb var:

Əsas olaraq qanunsuz erməni silahlıları Qarabağdan çıxarılsın və hüquqi sənədlə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi sülhməramlıların  nəzarətinə keçsin. İkincisi, Zəngəzurun nəzarəti Rusiyaya verilsin”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!