Rusiya azərbaycanlıları Fuad Abbasovun yolunu gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya azərbaycanlıları Fuad Abbasovun yolunu gözləyir

Siyasət

07 Sentyabr 2019 16:47 1183


Rusiyadan deportasiya olunan jurnalist  Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfrasından sonra bir müddətdir ki, ictimaiyyətin nəzərindən itib.

“Yeni Sabah” xəbər verir ki, “Modern.az” jurnalistin atası Malik Abbasov ilə əlaqə saxlayaraq oğlunun fəaliyyəti, gələcək planları barədə maraqlanıb.

“Moskvadakı, Ukraynadakı dostları deyir ki, sənsiz buralar məhv olub gedir, qayıt gəl. Fuad da deyir ki, deportasiya məsələmi həll edim, məmnuniyyətlə gələrəm. Hətta Avropada, İrandakı dostları da deyir ki, Rusiyaya qayıt 3 milyon azərbaycanlı səni gözləyir. Fuad hazırda Misra İnternet Televiziyasında fəaliyyətini davam etdirir”. pizza

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət etmişdi. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb.  İyun ayında jurnalist Bakıya deportasiya edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!