Rusiya bu ölkəyə uçuşları bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya bu ölkəyə uçuşları bərpa etdi

Dünya

20 Aprel 2026 23:20 821


Rusiya Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar üzrə biletlərin satışının dayandırılması ilə bağlı tövsiyəni ləğv edib və Rusiya aviaşirkətlərinin İranın hava məkanından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qərarı “Rosaviasiya” Rusiya Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla qəbul edib.

Rusiya aviaşirkətləri BƏƏ-yə və BƏƏ-dən uçuşlar üzrə biletlərin satışını bərpa edə, həmçinin İranın aviasiya orqanlarının bütün tövsiyələrinə ciddi əməl etməklə tranzit uçuşları və İran İslam Respublikasının hava limanlarına reyslər həyata keçirə bilərlər. Dominos pizza

Qeyd edək ki, Yaxın Şərq münaqişəsi ilə bağlı uçuşlar dayandırılmışdı./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!