Rusiya bunun əvəzini verməlidir…

saytların hazırlanması

Evə çatdırılma

Rusiya bunun əvəzini verməlidir…

Siyasət

19 Yanvar 2019 17:42 1278


Rusiya XİN-in son bəyanatının  tonu və məzmunu göstərir ki, 20 Yanvar hadisəsinin 29-cu ildönümü ərəfəsində Moskvanın bölgəyə baxışında və siyasətində dəyişən bir şey yoxdur. Paşinyan iqtidara gəldikdən sonra bu siyasətin dəyişəcəyi, hətta Rusiyanın öz hərbi bazalarını Ermənistandan çıxara biləcəyi barədə Azərbaycanda səslənən spekulyativ xarakterli iddialar, gözləntilər özünü doğrultmadı. Bu gözləntilərin əbəs olduğunu dəfələrlə qeyd etmişdik, çünki Rusiyanın Ermənistana olan ehtiyacı nəinki azalmayıb, əksinə, güclənən geopolitik rəqabət şəraitində daha da artıb.

“Yeni Sabah” bildirir ki, bunu politoloq Şahin Cəfərli deyib. O, bildirib ki, Azərbaycan hökuməti öz xarici siyasətində Rusiya amilini kifayət qədər nəzərə alır və şimal qonşumuza böyük dövlət kimi lazımi hörmət nümayiş etdirir. Bu, əslində düzgün siyasətdir, çünki xarici siyasətdə gərəksiz radikallığa ehtiyac yoxdur, həssas regiondayıq. “Amma gördüyümüz kimi, bu da yetərli olmur, çünki Moskva başqa xarakterli münasibətlər qurmaq arzusundadır, özünü metropoliya kimi görməyə davam edir və keçmiş sovet respublikalarına öz satelliti kimi yanaşaraq bu yeni müstəqil dövlətlərlə bərabərhüquqlu əlaqələr formalaşdırmaq istəmir.

Bu, onu göstərir ki, Azərbaycanın suverenliyi və müstəqilliyi hələ ki tam dayanıqlı deyil, ekzistensial təhlükə var və buna qarşı həm daxili, həm də xarici siyasətdə lazımi addımlar atılmalıdır. Məsələn, daxili siyasətdə siyasi məhbus sayılan şəxsləri azadlığa buraxmaq və qarşıdakı parlament seçkilərini qismən də olsa, demokratik və şəffaf keçirmək, müxalifətin qanunverici orqanda fraksiya şəklində təmsilçiliyinə şərait yaratmaqla, iç barışı təmin etmək mümkündür. Bu, milli hədəflər ətrafında hər kəsi birləşdirib, sinerjiyə nail olmaq baxımından zəruridir. pizza sifarişi

Xarici siyasətdə Qərb istiqamətinə bir az ağırlıq verməklə Rusiyanın təsirini balanslaşdırmaq lazımdır. Söhbət institusional inteqrasiyadan getmir, yəni Avropa Birliyinə, NATO-ya üzvlük kursunun elan edilməsini nəzərdə tutmuram, bunun üçün hələ şərtlər yetişməyib. Amma Rusiya anlamalıdır ki, Gürcüstandan sonra Azərbaycan da avroatlantik inteqrasiya yolunu seçə və gələcəkdə Yalamada NATO-nun hərbi infrastrukturu peyda ola bilər. Azərbaycan bu yola getmirsə, onda Rusiya bunun əvəzini verməlidir, ən azı Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!