“Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması Rusiya hərbi bazasının da Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”.
Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə rusiyalı politoloq, beynəlxalq ekspert Sergey Markedonov yazıb:
“Dağlıq Qarabağda baş verən yeni silahlı insidentlər ondan xəbər verir ki, risklər artmaqdadır”. Toyuqlu pizza
Onun sözlərinə görə, Qafqazda bu məqam Rusiya üçün xüsusi, hətta əsas əhəmiyyət kəsb edir.
Markedonovun fikrincə, əsas moderator rolunun saxlanılması Moskvaya həm Ermənistana, həm də Azərbaycana təsir göstərməyə imkan verir.
“Onun itirilməsi Moskva üçün Gürcüstanda da yaranmış müsbət tendensiyaların dondurulmasına gətirib çıxaracaq. Bundan sonra Türkiyənin səsi bütün platformalarda daha yüksək səslənəcək. Ona görə də “Qarabağın açarı” olmaq üçün mübarizə aparmaq vacibdir”, - rusiyalı politoloq söyləyib.
Telegram kanalımız