“Rusiya Dağlıq Qarabağda sülhün bərqərar olmasına kömək edib“ - Nazarbayev

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Dağlıq Qarabağda sülhün bərqərar olmasına kömək edib“ - Nazarbayev

Dünya

07 Dekabr 2021 17:40 868


"Rusiya Dağlıq Qarabağda sülhün bərqərar olmasına kömək edib, ABŞ bunu alqışlamalıdır, onun addımlarını tənqid etməməlidir".

Yenisabah.az xəbər verir ki, bunu Qazaxıstanın Birinci prezidenti Nursultan Nazarbayev deyib.

“Azərbaycan və Ermənistan arasında sülhə Rusiya kömək etdi. ABŞ Rusiyanı alqışlamaq əvəzinə tənqid etməyə başlayır”, - deyə Nazarbayev qeyd edib. Toyuqlu pizza

O, bunu amerikalı rejissor Oliver Stouna müsahibəsində bildirib.

Müsahibə "Qazax. Qızıl adamın tarixi” ("Qazaq. History of the Golden Man") adlı sənədli filmdir və bu gün nümayiş olunub.

Nursultan Nazarbayevin sözlərinə görə, Rusiyanın pis olması barədə danışmaq çoxları üçün vəsvəsəyə çevrilib.

Qazaxıstanın Birinci prezidenti etiraf edib: “Mən bilmirəm, dünya siyasəti nə olan şeydir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!